Müəllif: Tamara Mustafayeva, Banco.az
Avstraliya Ehtiyat Bankı (RBA) proqnozlara uyğun olaraq faiz dərəcəsini 25 baza bəndi artırıb.
Banco.az xəbər verir ki, RBA-nın dünən başlayan və bugün başa çatan iclasından sonra yayılan bəyanatda faiz dərəcəsinin 2,60 faizdən 2,85 faizə qaldırıldığı bildirilib. Bununla da, ölkədə siyasət faizi 2013-cü ildən bəri ən yüksək səviyyəyə qalxıb.
Xatırladaq ki, mərkəzi bank ötən 7 iclasında faiz dərəcələrini ümumilikdə 275 baza bəndi artırıb.
Bizi sosial şəbəkələrdən izləyin!!