Müəllif: Tamara Mustafayeva, Banco.az
Argentina Mərkəzi Bankı faiz dərəcəsini sabit saxlayıb.
Banco.az xəbər verir ki, Argentina Mərkəzi Bankı (BCRA) 2023-cü ilin ilk iclasında uçot dərəcəsini dəyişməyib.
BCRA-nın verdiyi açıqlamaya görə, göstərici Leliq faiz dərəcəsi 75,00 faiz səviyyəsində saxlanılıb.
BCRA Pul Siyasəti Komitəsi inflyasiya ilə bağlı yeniliklər fonunda ehtiyatlı davranmağa davam edəcəklərini açıqlayıb.
Qeyd edək ki, Argentina Statistika İnstitutu yanvar ayı üzrə inflyasiyanın illik müqayisədə 6,0 faiz artaraq 98,8 faizə çatdığını açıqlayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!