2015-ci ilin iyun ayında ölkədə keçiriləcək I Avropa Oyunları ilə əlaqədar bir çox müəssisələr kimi, bəzi banklar da öz iş rejmlərində dəyişiklik ediblər. Yeni iş rejminə keçən növbəti bank isə “Bank Standard” olub. Bankın bütün filialları 1 may – 1 iyul tarixləri arasında yeni iş rejiminə keçir.
Bankdan verilən məlumata görə, göstərilən müddət ərzində “Bank Standard”ın baş ofisi və filialları bazar ertəsi – cümə günləri saat 09:00-dan 17:00-dək (fasilə 13:00-dan 14:00-dək olmaqla; Müştəri Xidmət Mərkəzi - fasiləsiz), şənbə günü – 10:00-dan 13:00-dək fəaliyyət göstərəcək.
Digər məsələlərlə bağlı sual yaranarsa,“158” qısa nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.