Daha bir bank BOKT-yə çevriləcək | Banco.az

Daha bir bank BOKT-yə çevriləcək

Məhkəmə yolu ilə lisenziyasını bərpa edə bilməyən “Atrabank” ASC-nin bank olmayan kredit təşkilatı (BOKT) kimi maliyyə bazarında fəaliyyətini davam etdirmək planı yoxdur.

Xatırladaq ki, “Atrabank” lisenziyası ləğv edilmiş “Qafqaz İnkişaf Bankı” ASC ilə birlikdə məhkəmə yolu ilə birləşməyə, bu yolla fəaliyyətini bərpa etməyə çalışırdı. Lakin bankların bu istiqamətdə cəhdləri səmərə verməyib və avqustun 11-də Ali Məhkəmə kredit təşkilatlarının əleyhinə qərar qəbul edib.

Ən sərfəli kredit üçün müraciət et

“Atrabank”dan fərqli olaraq “Qafqaz İnkişaf Bank”ından gələcək planlarla bağlı açıqlama vermək istəməyiblər.

Qeyd edək ki, ötən ay lisenziyası ləğv edilmiş 4 bankdan ikisi – “Parabank” və “Dekabank” ASC-lər BOKT-a çevriləcəklərini bəyan ediblər.

Mənbə: report.az