Müəllif: Tamara Mustafayeva, Banco.az
"Ford" Rusiyada fəaliyyət göstərən törəmə müəssisəsindəki 49 faizlik səhmini satdığını və əvvəllər dayandırılmış əməliyyatlarını başa vurduğunu bildirib.
Banco.az xəbər verir ki, ABŞ-ın transmilli avtomobil istehsalçısı "Ford Motor Company" Rusiyadakı fəaliyyətini dayandırmağa hazırlaşır.
Belə ki, şirkət Rusiyadakı "Ford Sollers" birgə müəssisəsinin 49%-lik səhmlərini satdığını açıqlayıb. Sözügedən səhmlərin şirkətin cari dəyəri əsasında satılacaq.
Satınalma müqaviləsinə görə, hazırki qlobal vəziyyət 5 il ərzində dəyişərsə, "Ford" səhmləri geri almaq opsiyasına malik olacaq. Müqavilənin imzalanmasından sonra şirkət səhmlərində ciddi dəyişiklik müşahidə olunmayıb. Şirkətin qiymət hədəfi 15,93 dollar olsa da, bu səviyyə cari qiymətdən 24,3 faiz yuxarıdır.
Xatırladaq ki, "Ford" bu ilin mart ayında istehsal, hissələrin tədarükü, verilənlərin emalı və mühəndislik dəstəyi də daxil olmaqla Rusiyadakı bütün əməliyyatlarını tamamilə dayandırmışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!