Daha bir avtomobil şirkəti istehsal həcmini azaldacaq | Banco.az

Daha bir avtomobil şirkəti istehsal həcmini azaldacaq

Tamara Mustafayeva, Banco.az

"Renault" istehsal hədəfini azaltmalı olub.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, fransız avtomobil istehsalçısı "Renault" çip tədarükü ilə bağlı problemlərə görə bu il 500 min daha az avtomobil istehsal edəcəyini, ancaq tam illik əməliyyat marjası nisbətinin ilin ilk yarısı ilə eyni olacağını proqnozlaşdırdıqlarını açıqlayıb.

Məlum olduğu kimi, hazırda bir çox sektora mənfi təsir göstərən yarımkeçirici çatışmazlığı, xüsusilə avtomobil sektorunda şirkətlərin istehsal planlarını dəyişdirmələrinə səbəb olub. "Renault" da bu şirkətlərin sırasına qoşularaq 2021-ci ildə əvvəlcədən müəyyən edilmiş kvotadan 500 min daha az avtomobil istehsal edəcək ki, şirkət iyul ayında bu göstəricinin 200 min olacağını proqnozlaşdırmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, şirkət həmçinin əməliyyat kapitalı xərcləri istisna olmaqla, əməliyyat fəaliyyəti nəticəsində yaranan pul vəsaitlərinin hərəkətində müsbət dinamikanın müşahidə ediləcəyini hədəfləyir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et