Daha bir ABŞ bankı müflis ola bilər | Banco.az

Daha bir ABŞ bankı müflis ola bilər

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da daha bir bank problem yaşayır: Səhmləri 55 faiz ucuzlaşıb.

Banco.az xəbər verir ki, ABŞ-da 2 ay ərzində 3 bankın müflisləşməsindən sonra maliyyə çətinliyi yaşayan “PacWest” regional bankın “satış” da daxil olmaqla strateji variantları nəzərdən keçirdiyi bəlli olub.

Mənbələrin məlumatına əsasən müəyyən olub ki, “PacWest” maliyyə məsləhətçisi ilə işləməyə başlayıb.

Bu xəbərdən sonra bankın səhmləri təxminən 55 faiz dəyər itkisinə məruz qalıb.

Xatırladaq ki, bu ilin mart ayının əvvəlində Silikon Vadisi Bankı (SVB) və “Signature Bank”ın müflisləşməsi ilə başlayan ABŞ-ın bank sektorunda yaşanan problemlər rüblük balans hesabatını açıqlayan “First Republic Bank”ın səhmlərinin kəskin ucuzlaşması ilə yenidən üzə çıxıb.

Ən sərfəli kredit üçün müraciət et

ABŞ Federal Əmanətlərin Sığortalanması Fondu həftənin əvvəlində “First Republic Bank”ın rəsmi olaraq bağlandığını və aktivlərinin ölkənin bankçılıq nəhəngi “JPMorgan Chase” tərəfindən satın alınacağını bəyan etmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et