Dağıstanda yerləşən konyak zavodları öz məhsullarının ixracını genişləndirməyi və Azərbaycana tədarükünə başlamağı planlaşdırır.
Bunu Dağıstan İxraca Dəstək Mərkəzinin rəhbəri Ruslan Abaskuliyev deyib.
Onun sözlərinə görə, bu gün Dağıstan istehsalı olan şərablar Çin və Belarusa, konyaklar isə Qazaxıstana ixrac olunur: “Avropa İttifaqı ölkələrinə sanksiyalar tətbiq edilməmişdən qabaq konyak ixracı həyata keçirilirdi”.
"Dağıstan konyakının Azərbaycana ixracı perspektivli olacaq. Konyak zavodlarımız öz məhsullarını Azərbaycan bazarında tanıtmaq üçün fəal işləmək niyyətindədir", - R.Abaskuliyev bildirib.
report
Bizi sosial şəbəkələrdən izləyin!!