CVC kodu nədir? | Banco.az

CVC kodu nədir?

Kart Təsdiqləmə Kodu (Card Validation Code) və ya CVC, səlahiyyəti olmayan insanın hesab nömrənizi ələ keçirməsi halında kredit kartı və debet kartı sahiblərinə əlavə təhlükəsizlik təmin edən bir nömrədir. CVC-lər, bir adamın həqiqi kartın əlində olduğundan əmin olmağın bir yoludur. Bu nömrə kartda qabartmalı olaraq hazırlanmadığından qəbzlərdə çıxmaz. Bununla da kredit kartı sahibindən başqa birinin nömrəni istifadə etməsinin qarşısı alınır.

CVC-nin yeri və rəqəmlərin sayı kartın növündən asılı olaraq dəyişir. American Express: CVC, kartın qabağında, sağ tərəfdə olan dörd rəqəmdir. Discover, MasterCard, Visa və Visa Electron: CVC, kartınızın arxasındakı imza panelində görünən ədədin son üç rəqəmidir.

Kod müxtəlif şirkətlər tərəfindən fərqli formalarda adlandırılmışdır. CVC Mastercard üçün keçərlidirsə, CVV (Card Validation Value) Visa-da, CID (Card Identification Number) isə American Express-də istifadə edilir.

Ən sərfəli kredit üçün müraciət et

Cvc2 nədir?

Cvc2 kodunu çox eşitmisiniz. İnternet vasitəsilə alış-veriş edənlər bu kodu daha yaxşı bilirlər. Cvc2 "3 rəqəmli kod"dur. Bu 3 xanadan ibarət olan şifrə sizin kredit kartınızın təhlükəsizlik kodunuzdur. Belə ki İnternet vasitəsilə alver edərkən bir başqasının sizin kredit kartınızı istifadə edib alış-veriş etməsinin qarşısını ala bilmək üçün və kredit kartınızın təhlükəsizliyinin təmin edilməsi üçün lazımlı bir koddur. Kartınızın təhlükəsizliyi üçün bu kodu heç kimlə paylaşmamalısınız.

Günel Abduraxmanova / Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et