CryptoRuble reallaşdırılır: Rusiya hökuməti niyə fikrini dəyişdi? | Banco.az

CryptoRuble reallaşdırılır: Rusiya hökuməti niyə fikrini dəyişdi?

2017-ci ilin oktyabrında Rusiya hökuməti öz kriptovalyutasını – “CryptoRuble”-ı çıxaracağını bildirmişdi. CryptoRuble-ın hökumət tərəfindən “mining” edilməsi və qorunması, qeyri-mərkəzləşdirilmiş dünyanın mərkəzləşdirilmiş formaya gətirilməsi məqsədilə vətəndaşların bu valyutanın Bitcoin və digər kriptovalyutalar vasitəsilə istifadəsinin məhdudlaşdırması gözlənilirdi.

Lakin bir müddətdən sonra CryptoRuble unudulmağa başladı. Keçdiyimiz günlərdə nazirlər kabineti kriptovalyutaların qanuniləşdirilməsi üçün xüsusi təklif təqdim etdi. Noyabr ayında Pusiya prezidenti Vladimir Putin kriptovalyutaların qadağan olunacağını söyləmişdi. Dekabrda isə iqtisadiyyat naziri eyni fikirdə olduğunu vurğulamışdı.

Rusiya hökuməti niyə fikrini dəyişdi?

Rusiya Kriptovalyuta və Blockchain Birliyi (RACIB) son günlərdə CryptoRuble-ın yenidən gündəmə gəldiyini və 2019-cu ildə bu layihənin reallaşdırılacağını bəyan edib. CryptoRuble-ın ICO və mədənçiliyinə iyuldan etibarən başlanılacağı gözlənilir.

Mərkəzsiz valyuta vahidlərinə beynəlxalq sanksiyalardan qorunmaq üçün bir ölkənin istifadə edə biləcəyi ən mükəmməl vasitə deyə bilərik. Buna görə də, Rusiyanın bu geri dönüşü təəccüblü sayılmamalıdır. Rusiya kimi beynəlxalq sanksiyalara məruz qalma riskinin yüksək olduğu ölkələrin də kriptovalyutalara münasibəti eynidir. Venesuela da öz kriptovalyutasını (Petro) bazara çıxaracağını bildirib. Həmçinin, ciddi iqtisadi böhran yaşadıqlarına və prezident Nikolas Maduronun qərarlarına baxmayaraq, Seneqal və İran da öz kriptovalyutalarını çıxarmağa çalışır.

CryptoRuble ideyası qısa müddət ərzində bir çox dəyişikliyə məruz qaldı. Əgər bu istiqamətdə Rusiya hökumətinin qərarı yenidən dəyişməzsə, onun bazara çıxarılması heç də sürpriz olmayacaq.

Ən sərfəli kredit üçün müraciət et

 

Bunlar da maraqlıdır:

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımız Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et