Cristiano Ronaldo 375 min dollar ziyana düşdü - SƏBƏB | Banco.az

Cristiano Ronaldo 375 min dollar ziyana düşdü - SƏBƏB

Məşhur futbolçu Cristiano Ronaldo özünə qarşı cinsi təcavüz iddiası qaldıran Kathryn Mayorgana 375 min dollar məbləğində ödəniş edib.

Banco.az xəbər verir ki, portuqaliyalı oyunçunun iddianı azaltmaq üçün qarşı tərəfi razı salmağa çalışdığı məlumatı yayılıb. Oyunçunun vəkilləri, bu ödənişin Ronaldonun günahını qəbul etməsi səbəbiylə deyil, hadisə haqqında söz-söhbətlərin bağlanması üçün ödənildiyini bildirib. Bundan əlavə, futbolçunun yaxın dostu model Georgina Rodriguez də ona dəstək çıxaraq günahkar olmadığını qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, 34 yaşlı Kathryn Mayorga keçmiş Real Madrid oyunçusunun 2009-cu ildə Las Vegasdakı oteldə ona təcavüz etdiyini bildirmişdi.  Ronaldo isə sözügedən məsələ barəsində olan iddiaları rədd etmişdi.

Aida İSAQ, Banco.az

 

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et