“Credit Suisse”in “UBS” tərəfindən satın alınması rəsmi olaraq başa çatıb | Banco.az

“Credit Suisse”in “UBS” tərəfindən satın alınması rəsmi olaraq başa çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Credit Suisse”in “UBS” tərəfindən satın alınmasının başa çatdığı açıqlanıb.

Banco.az xəbər verir ki, İsveçrənin ən böyük bankı “UBS” bir müddət əvvəl müflis olmuş “Credit Suisse” bankının satınalma prosedurlarını rəsmi olaraq başa çatdırdığını elan edib.

Bununla yanaşı, məlum olub ki, “UBS” rəhbərləri “Credit Suisse” bankirləri üçün “qırmızı xətt siyahısı” hazırlayıblar.

“Financial Times” nəşrinin məsələ ilə bağlı xəbərində qeyd olunur ki, “UBS” risk faktoru yüksək ölkələrdən yeni müştərilərin cəlb edilməsi və mürəkkəb maliyyə məhsullarının satışı kimi məsələlərdə “Credit Suisse” bankirlərinə qadağalar tətbiq etməyi planlaşdırır. Belə ki, “Credit Suisse” bankirləri çirkli pulların yuyulması riskinə qarşı ehtiyat tədbiri olaraq Liviya, Rusiya, Sudan və Venesuela kimi yüksək riskli ölkələrdən yeni müştərilərlə əlaqə saxlaya bilməyəcəklər.

Ən sərfəli kredit üçün müraciət et

Bununla yanaşı, mürəkkəb maliyyə məhsullarının satışı da UBS rəhbərlərinin razılığına tabe olacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et