Gündəlik həyatımızda tətbiq olunan yeni texniki anlayışlar arasında, epidemiyanın yoluxucuq səviyyəsini göstərən “R sayı” və ya “R dəyəri” anlayışı var. Bu anlayış son günlərdə ölkələrin karantin anlayışına əlavə dəyərlər qatmışdır.
Bəs “R sayı” nədir? Necə hesablanır və nəyi göstərir?
İngilis dilində çoxalma mənasını verən “reproduction” sözünün baş hərfi ilə göstərilən bu anlayış, bir insanın nə qədər insana yoluxdura biləcəyini göstərir. Effektiv çoxalma sayı əhalinin mövcud immun vəziyyətinə görə yoluxucu olduğunu göstərir. Əsas saydan aşağı olması normal olsa da, zamanla ümumi əhalinin virusa qarşı immuniteti və ya peyvənd kimi amillərlə dəyişir.
Nottingem Universitetindən molekulyar virusologiya professoru Dr. Jonathan Ball bunları demişdir: “Bu dəyər nə qədər insanın virusa yoluxacağı haqqında bir fikir vermir, həmçinin epidemiya zamanı görülən tədbirlərin nə qədər təsirli olduğunu göstərir”.
R sayını iki ayrı kateqoriyada araşdırmaq mümkündür.
1. Əsas yoluxucu dəyəri
Əsas yoluxucu dəyəri “R0 dəyəri” adlanır. Müəyyən bir xəstəlik üçün dəyişməyən bu rəqəm, əslində nə qədər yoluxucu olduğunu göstərir. R0 sayı qızılca üçün 15 olaraq hesablandığı halda, məsələn, Covid-19 vəziyyətində bunun 2,5-ə yaxın olduğu düşünülür.
Məsələn, R0 dəyəri 2,5 olan 100 nəfərin, xəstəliyə qarşı immuniteti olmayan bir cəmiyyətdə 250 insana yoluxduracağı gözlənilir. Sözügedən 250 nəfərin 625 nəfərə yoluxdurması təxmin edilir.
Bununla birlikdə R0 nömrəsini hesablamaq üçün əldə edilən epidemiya məlumatlarından istifadə olunur. Lakin bu məlumatlar dəqiq olmadığından, dəyər adətən xalis nömrə əvəzinə 1,5-2 aralığında göstərilir.
2. Effektiv yoluxucu dəyəri
Cəmiyyətdə bir xəstəlik yayıldıqca onların toxunulmazlıq səviyyəsi artır. Bundan əlavə, karantin kimi tətbiqlər yoluxucu xəstəliyin azalmasına səbəb olur. Buna görə “R0” sabit qalsa da, xəstəliyin təsirli yoluxuculuğu, yəni “RE dəyəri” azaldıla bilər.
R dəyəri ümumiyyətlə bir ölkə əsasında hesablanır, ancaq bölgədən-bölgəyə fərqlənə bilər. Məsələn, Bakı şəhərində bölgələr üzrə belə yoluxma sayları olduqca fərqlənir. Belə ki, COVID-19-a yoluxma sayına görə paytaxtın Binəqədi rayonu ilk yerdədir. Burada yoluxma 12,3 faiz təşkil edir. Yasamal və Xətai rayonları isə növbəti sıralarda qərarlaşıb.
markzone.az
Bizi sosial şəbəkələrdən izləyin!!