Müəllif:Gülbəniz Hüseynli/Banco.az
“COP29, iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərin gücləndirilməsi və davamlı inkişafın təşviq edilməsi baxımından mühüm bir hadisə olacaq”.
Bunu Banco.az-a kriptovalyuta üzrə ekspert Elnur Quliyev deyib. Mütəxəssis bildirib ki, ölkənin beynəlxalq arenada əhəmiyyətini artıracaq bu mühüm tədbir və iqlim dəyişikliyinə qarşı mübarizədə vacib rol oynayacaq:
“COP29, dünya ictimaiyyətinin diqqətini Azərbaycanın davamlı enerji və iqlim siyasətinə yönəldəcək və ölkənin bu sahədəki səylərini daha da gücləndirəcək.Azərbaycanın belə bir mötəbər tədbirə ev sahibliyi etməsi ölkəyə yerli, regional və beynəlxalq miqyasda çox böyük divindendlər qazandıra bilər.
11-24 noyabr tarixlərində baş tutacaq tədbirin Azərbaycanda keçirilməsi, ölkənin iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq səylərə töhfə verəcək.
Neft və qaz ölkəsi olan Azərbaycan son illərdə bərpa olunan enerji mənbələrinə diqqəti daha da artırıb. Hazırda ekoloji davamlılığı təmin etmək üçün müxtəlif strategiyalar həyata keçirilir.Hesab edirəm ki,ölkəmizin COP 29-a ev sahibliyi etməsi, ölkənin iqlim dəyişiklikləri ilə mübarizə sahəsində qlobal liderlik mövqeyini gücləndirəcək və davamlı inkişaf üçün yeni perspektivlər açacaq”.
Elnur Quliyev qeyd edib ki, COP tədbirinə ev sahibliyi etmək potensial olaraq investisiyaları cəlb edə və uzunmüddətli perspektivdə turizmi artıra bilər.