Müəllif:Mehin Qasımova/Banco.az
"Coca-Cola" Avstriyada satışdan çıxarılan 28 milyon 0,5 litrlik plastik butulkanı geri çağıracaq.
Banco.az xəbər verir ki, buna səbəb təhlükəli hissəciklərin butulkanın içəri daxil olması riski olub.
Belə ki, metal parçaların az sayda butulkaya girə bilməsi ehtimalı var.
Məlumata görə,belə risklər istehsal uğursuzluğu səbəbindən yaranıb: görünür, limonadın qablaşdırılması zamanı ələk qırılıb.
Bu cür məhsulların istehlakı sağlamlığa zərər verə bilər, buna görə şirkət bütün partiyanı geri götürmək qərarına gəlib.
Geri çağırışa yararlılıq müddəti 2025-ci il fevralın 4-dən aprelin 12-dək olan "Coke", "Fanta" "Sprite" və "MezzoMix" içkiləri daxildir.
Bu, Avstriyada ilk belə irimiqyaslı məhsulun geri çağırılmasıdır.
Hazırda içkinin içilməsi nəticəsində ölən və yaralanan yoxdur.