Qlobal markalar yeni bir ölkənin bazarına daxil olmazdan əvvəl həmin yerin mədəniyyətini və dilini yaxşı başa düşməyə istiqamətlənən bazar araşdırması həyata keçirirlər. Coca-Cola isə Yeni Zelandiyada yerli xalq üçün qoyduğu avtomatın üzərinə yazacağı cümlə üçün görünür kifayət qədər araşdırma aparmayıb ki, ciddi bir səhvə yol verib.
Coca-Cola şirkətinin Yeni Zelandiya xalqına “Dostyana” yanaşmaq istəyi “Ölümə xoş gəlmisən” mənasını verən yerli dil qarışıqlığına yol açıb. Avtomatın üzərinə “Kia Ora, Mate” şəklində bir mesaj yazan Coca-Cola – nın məqsədi yerli dildə “Xoş gəlmisiniz” mənasını verən “Kia Ora” ilə ingiliscə dost mənasını verən “Mate” sözünü birləşdirmək və xalqı xoş bir dillə salamlamaq idi, ancaq Maori dilində “Mate” sözünün “Ölüm” mənasını verməsi heç də xoş olmayan bir qarışıqlığa səbəb oldu.
Şirkət daha sonra açıqlamasında ingilis dili ilə yerli xalqın dilini birləşdirdiklərini və heç bir problemin olmadığını bildirib.
Tamara Mustafayeva, Banco.az