Coca-Cola 200 içki markasının istehsalını dayandıracaq | Banco.az

Coca-Cola 200 içki markasının istehsalını dayandıracaq

Tamara Mustafayeva, Banco.az

Dünyanın ən böyük içki markalarından biri olan Coca-Cola Company bir tərəfdən yeni kağız butulkalarını təqdim edərkən, digər tərəfdən də pandemiya səbəbilə çətin dövrdən keçdiyi üçün tabeliyində olan bəzi markaların istehsalını dayandırmağa qərar verib.

Şirkətdən ötən həftənin cümə axşamı edilən açıqlamaya görə, təqribən 200 müxtəlif içki markasını portfoliosundan çıxaracağı məlum olub. Ancaq şirkətin CEO-su Ceyms Kinsey (James Quincey) hansı məhsul və markaların siyahıdan çıxarılacağını bildirməyib.

Ancaq Dasani, Powerade və Smart Water kimi markaların portfoliodan çıxarılacağı ehtimal olunur. Qeyd edək ki, şirkət iyun ayında Tab, Zico və Odwalla markalı içkilərin də istehsalını dayandırdığını açıqlamışdı.

Coca-Cola bu addımı ən güclü potensiala malik içki markaları ilə istehsakçı bazasını genişlətmək və əhatə dairəsini artırmaq üçün atdığını söyləyib. Həmçinin bildirilib ki, bəzi içki markalarının istehsalı dayandırılsa da, yeni içki kateqoriyaları üzrə axtarışlar da davam edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Pandemiya Coca-Cola şirkətinə necə təsir göstərdi?

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et