Pandemiya Coca-Cola şirkətinə necə təsir göstərdi? | Banco.az

Pandemiya Coca-Cola şirkətinə necə təsir göstərdi?

Tamara Mustafayeva, Banco.az

Pandemiya səbəbilə dünyanın əksər yerlərində ictimai iaşə məkanları, idman zalları və kinoteatrlar bağlandıqdan sonra Coca-Cola Company-nin xalis gəliri 26 iyunda başa çatan rüblük üzrə 28% azalaraq 7.15 milyar dollara düşüb.

coca-cola bottle on grey pavement

Karantin tədbirlərinin yavaş-yavaş götürülməyə başladığı bu günlərdə Coca-Cola şirkəti satış performansını yaxşılaşdırmağa başladığını bildirsə də, şirkətin CEO-su James Quincey açıqlamasında ikinci rübün daha çətin olacağını vurğulayıb.

Xatırladaq ki, Coca-Cola şirkətinin ən böyük rəqibi PepsiCo da ötən həftə rüblük satışlarda geriləmə müşahidə olunduğunu açıqlamışdı. Şirkətin içki bölməsinin gəliri 7%, ümumi gəliri isə 3% azalaraq 15.95 milyard dollara düşüb.

Onu da qeyd edək ki, Coca-Cola şirkəti pandemiyanın hələ də davam etməsi səbəbilə müştərilərin təhlükəsizliyini təmin etmək üçün müxtəlif işçilərin olduğu avtomatik cihaz vasitəsilə təmassız satış həyata keçirməyə də başlayıb.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: “Coca-Cola”, “Fanta” və “Sprite” dan ilk ortaq reklam kampaniyası

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram