"Clubhouse" platforması "TED" ilə əməkdaşlığa başladı | Banco.az

"Clubhouse" platforması "TED" ilə əməkdaşlığa başladı

Tamara Mustafayeva, Banco.az

"Clubhouse" dünyanın ən böyük podkast platformalarından biri olan "TED" ilə əməkdaşlığa başlayıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, "Thank Your Ass Off" adlı ilk çıxış 12 iyul tarixində baş tutub. Şirkətdən edilən açıqlamaya görə, "TED" arzu etdiyi təqdirdə bu çıxışlar zamanı öz kontentlərini tanıda və məhsul yerləşdirilməsinə müraciət edə biləcək.

Məlum olduğu kimi, sosial media platformaları bir-birləri ilə rəqabət aparmaq üçün oxşar funksiyalar yaratmağa çalışırlar. "Clubhouse" da bu taleyi yaşayanlardan biridir. Belə ki, qısa müddət ərzində populyarlaşan tətbiqin məxsusi funksiyalarını bir qədər sonra "Facebook" və "Twitter" kimi şirkətlər öz platformalarına əlavə etmişdilər. Odur ki, "Clubhouse" da, öz növbəsində rəqabətdə önə keçmək üçün bəzi yeniliklərə imza atmağa başlayıb ki, "TED" ilə əməkdaşlıq da bunlardan biridir.

Platformadan istifadə etmisinizsə, "söhbət otaqları" üzrə mövzuların adətən işgüzar sferadan seçildiyinə fikir vermiş olarsınız. Bu baxımdan "TED" çıxışları da ümumən karyera, işgüzar həyatla bağlı olur. Bir sözlə, bu oxşarlıqdan yaranan əməkdaşlıq çərçivəsində "Clubhouse" böyük fayda götürə bilər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram