Müəllif: Tamara Mustafayeva, Banco.az
TSMC-nin bazar dəyəri 500 milyard dollara çatıb.
Banco.az xəbər verir ki, süni intellekt işlərində istifadə edilən çip və saxlama məhsullarına tələbat artdıqdan sonra investorlar “Nvidia”, “Oracle” və “TSMC” kimi texnologiya şirkətlərinin səhmlərinə maraq göstərməyə başlayıblar.
Bu minvalda mikroçip istehsal sənayesinin liderlərindən biri olan Tayvan Semiconductor (TSMC) investorların süni intellekt fəaliyyətlərində artım gözləməsinin təsiri ilə yenidən 500 milyard dollar bazar dəyərinə çatıb.
Belə ki, mərkəzi ofisi Tayvanda yerləşən TSMC Kovid-19-dan sonrakı çip böhranının sona çatacağına dair ümidlərin artması ilə çərşənbə axşamı 3 faizdən çox dəyər qazanıb. Bununla da, şirkətin 2023-cü il üzrə mənfəəti hazırda 32 faizə qədər yüksəlib.
Qeyd edək ki, Asiyanın ən dəyərli şirkəti olan TSMC bu yeniliklər fonunda dünyanın 10 ən dəyərli şirkəti arasında mövqeyini də möhkəmləndirib.
Bizi sosial şəbəkələrdən izləyin!!