Çip istehsal nəhəngi Yaponiyada ikinci fabrikini inşa edəcək | Banco.az

Çip istehsal nəhəngi Yaponiyada ikinci fabrikini inşa edəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çip istehsal edən “TSMC” şirkəti Yaponiyada ikinci fabrikini quracaq.

Banco.az xəbər verir ki, mikroçip istehsalı sənayesinin liderlərindən biri olan “Taiwan Semiconductor” (TSMC) Yaponiyada ikinci çip istehsalı müəssisəsi inşa edəcəyini açıqlayıb.

Avtomobillərdən tutmuş smartfonlara, planşetlərdən oyun konsollarına qədər bütün dünya istehsalçılarının üzləşdiyi yarımkeçirici çip çatışmazlığı istehsalçıları bu sahənin inkişafına investisiya qoymağa məcbur edir.

Mənzil-qərargahı Tayvanda yerləşən “TSMC” şirkətinin Baş İcraçı Direktoru (CEO) C. C. Vey keçirdiyi mətbuat konfransında Şərqi Asiya ölkəsi olan Yaponiyada yeni çip investisiya planlarından bəhs edib.

O, müştərilərin tələblərindən və Yaponiya hökumətinin dəstəyindən sonra bu ölkədə ikinci mikroçip istehsalı fabrikinin yaradılmasına qərar verdiklərini bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Qlobal çip bazarının bu il təxminən 4 faiz kiçiləcəyini gözlədiklərini açıqlayan Vey bildirib ki, TSMC-nin qabaqcıl texnologiyası ilə gəlir səviyyəsini qoruyacağını düşünürlər.

Xatırladaq ki, Yaponiya hökuməti SMC-nin Yaponiyanın cənub-qərbindəki Kumamoto şəhərində inşası davam edən və dəyəri 8,6 milyard dollar olan fabrikinə investisiya qoyuluşu üçün maliyyə dəstəyi verəcəyini açıqlayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et