Çinli çip milyonçularının sərvəti əriyib | Banco.az

Çinli çip milyonçularının sərvəti əriyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çinin çip sənayesində fəaliyyət göstərən şirkət sahiblərinin şəxsi sərvətinin ötən illə müqayisədə 28 faiz azaldığı bildirilib.

Banco.az xəbər verir ki, Çində çip sənayesinin 100 ən varlı şirkət rəhbərinin ümumi sərvəti keçən illə müqayisədə 28 faiz azalıb, şəxsi aktivləri 10 milyard yuanı (təxminən 1,43 milyard dollar) ötən iş adamlarının sayı isə 22-dən 17-yə düşüb.

Xatırladaq ki, Çində yarımkeçirici sənayesi son illərdə dövlət təşviqləri və Fond Birjasında yer alan şirkətlərin sayının artması ilə çoxlu sayda yeni milyarderin meydana çıxdığı bir sənayeyə çevrilmişdi.

Ancaq bu il oktyabrın əvvəlində ABŞ Ticarət Nazirliyinin çip istehsalı üçün tələb olunan materialların, maşınların və avadanlıqların Çinə ixracına məhdudiyyətləri ehtiva edən tənzimləmə qəbul etməsi sənayenin vəziyyətinə mənfi təsir göstərdi. Dekabrın 12-də isə nazirlik ixrac qadağası siyahısına aralarında Çinin ən böyük yaddaş çipi istehsalçısı “Yangzte Memory Technologies” (YMTC) kimi süni intellekt çip sənayesində fəaliyyət göstərən 21 şirkətin də olduğu ümumilikdə 36 şirkəti də əlavə edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et