Çinli biznesmen bir həftəyə 9 mlrd necə qazandı | Banco.az

Çinli biznesmen bir həftəyə 9 mlrd necə qazandı

Çinli biznesmen Xuey Kanvan  ilin əvvəlindən sərvətini 24,5 milyard dollar artırıb

Milyarder –developerə məxsus olan səhmlərin qiymətində ani yüksəliş qeydə alınıb, səbəb isə şirkətin audit olunmamış hesabatlarına əsasən, 2017-ci ilin ilk yarısında şirkətin xalis mənfəətinin ötən ilin eyni dövrü ilə müqayisədə üç dəfə daha çox olmasıdır.

Inşaat işi ilə məşğul olan Evergrande Group (dövriyyəsi 14.6 milyard dollar, Forbesin reytinqinə əsasən dünyanın ən nəhəng şirkətləri sırasında № 347) səhmləri iki gün ərzində 34% bahalaşıb.

Bunun sayəsində şirkətin sahibi Xuey Kanvan (Forbesin qlobal reytinqində №128 və Çinin ən zəngin insanları reytinqində №9) öz sərvətini 27 iyul tarixinə olan rəqəmlərə əsasən 8 milyard dollar artıraraq, 29,9 milyard dollar çatdırıb. Daha sonra səhmlərin qiymət yüksəlişi davam edib və 31 iyul tarixinə onun sərvətinin miqdarı 30,9 milyard dollara çatıb.  Bu haqda Forbesin Real Time göstəriciləri deməyə əsas verir. Bu isə o deməkdir ki, iyulun 25-dən sərvətin həcmi 9 milyard dollar artıb.

Ən sərfəli kredit üçün müraciət et

Beləliklə o, hazırda Çinin ən varlı üçüncü adamıdır – ilk yeri Alibabanın qurucusu $36,2  milyard dollar ilə Cek Ma, ikinci yeri isə Tencent telekommunikasiya kompaniyasının yaradıcısı Ma Xuaten 35,4 mlrd dollar ilə tutur.

Ümumilikdə isə ilin əvvəlində Evergrande Group-un səhmlərinin qiyməti 393% yüksəlib – Xuey Kanvan isə bu yüksəlişdə 24,5 milyard dollar əldə edib. 2016=cı ilin sonunda onun sərvətinin həcmi $9,8 milyard dollar göstərilirdi, Forbesin reytinqinin tərtib edilmə anında isə sərvətin həcmi $10,2 milyard dollar civarında idi.