Çinin yeni texnologiya birjası fəaliyyətə başladı | Banco.az

Çinin yeni texnologiya birjası fəaliyyətə başladı

Çində, "Nasdaq" birjasına oxşar texnologiya brjası Bazar ertəsi günü fəaliyyətə başlayıb.

Çinin "Star" adlı yeni texnologiya birjası bazar ertəsi günü fəaliyyətə başlayıb.

İlk əməliyyat günündə birjada səhmləri ticarət olunan 25 şirkətin hamısının səhmləri bahalaşıb.

Ən çox "Anji Microelectronics Technology Co." şirkətinin səhmləri bahalaşıb - 410%. 

Yüksək səviyyəli rəsmilər, səhmlərin ilkin kütləvi təkliflərində təxminən 5.4 milyard dollar olmaqla nəzərdə tutulduğundan 20% daha çox vəsait toplandığını açıqlayıblar. Verilən açıqlamalar səhmlərin qiymətlərinə müsbət təsir edib.

Ən sərfəli kredit üçün müraciət et

ABŞ-dakı "Nasdaq" birjasının model olaraq götürüldüyü "Star" birjası Çinin "Alibaba Group" və ya "Tencent Holding" kimi iri şirkətlərini Nyu-York və ya Honq Konq birjalarına verməməyi hədəfləyir.

Analitiklər, "Bu birja texnoloji innovasiya fəaliyyəti dəstəkləmək üçün hazırlanmış əsas strategiyalardan biridir. Əgər investorlar buradan yaxşı dividendlər götürsələr sektora daha çox pul girişi olacaq və Çinin kapital bazarlarının inkişaf etmiş bazarlarla olan rəqabətini dəstəkləyəcək",- şərhini edirblər.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et