Çinin xidmət sektorunda artım sürətlənib | Banco.az

Çinin xidmət sektorunda artım sürətlənib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çinin xidmət sektorunun fəaliyyəti dekabr ayından bəri ən yüksək templə artıb.

Banco.az xəbər verir ki, “Caixin” anketinin nəticələrinə görə, ötən ay Çinin xidmət sektoru fəaliyyətlərində artım sürətlənib.

Belə ki, Çində xidmət satın alma menecerləri indeksi fevraldakı 52,5 punktdan martda 52,7 punkta yüksəlib. Bununla da, sektorda ardıcıl 15-ci artım qeydə alınıb.

“Caixin” hesabatında bunun sektorda yeni iş yerlərinin artması ilə əlaqədar olduğunu bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et