Müəllif: Tamara Mustafayeva, Banco.az
Çində xidmət sektorunda ötən ay aktivlik artıb.
Banco.az xəbər verir ki, “S&P Global” tərəfindən tərtib edilən Caixin anket sorğusuna görə, Çinin xidmət sektorunun fəaliyyəti iyul ayında daha güclü artım nümayiş etdirib.
Belə ki, xidmət sektorunun satınalma menecerləri indeksi iyunda qeydə alınan 53,9 punktdan bir qədər yüksələrək 54,1 punkta çatıb.
Anket sorğusuna əsasən müəyyən edilib ki, daha güclü böyümə, ümumilikdə sənayedə möhkəm şəkildə artan işgüzar aktivlikdən qaynaqlanır.
Bizi sosial şəbəkələrdən izləyin!!