Çinin xidmət sektorunda aktivlik artıb | Banco.az

Çinin xidmət sektorunda aktivlik artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çinin xidmət sektoru yanvar ayında canlanıb.

Banco.az xəbər verir ki, “Caixin/S&P Global” tərəfindən hazırlanan xidmət sektoru satınalma menecerləri indeksi (PMI) 4 aylıq daralmadan sonra dekabr ayında qeyd olunan 48,0 punktdan yanvar ayında 52,9 punkta yüksəlib və bununla da sektorun canlanmasına işarə edib.

Çin iqtisadiyyatının yenidən açılması xidmət ixracını da artırıb. Yeni ixrac sifarişləri alt indeksi dekabrdakı daralmadan sonra yanvar ayında böyümə zonasına keçib.

Qeyd edək ki, sektorun aktivliyindəki bu artım ölkədə Kovid-19 məhdudiyyətlərinin yumşaldılmasından sonra əhalinin xərc və səyahət fəaliyyətinin artması ilə əlaqədardır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et