Çinin valyuta ehtiyatları 3 trilyon dolları ötdü | Banco.az

Çinin valyuta ehtiyatları 3 trilyon dolları ötdü

Müəllif:Mehin Qasımova,Banco.az

Çinin Dövlət Valyuta İdarəsi 2026-cı ilin yanvar ayı üçün valyuta ehtiyatları məlumatlarını açıqlayıb.

Banco.az xəbər verir ki, ölkənin valyuta ehtiyatları yanvar ayının sonunda əvvəlki aya nisbətən 41,2 milyard dollar artaraq 3,4 trilyon dollara çatıb.

Ehtiyatların dəyəri əvvəlki aya nisbətən 1,23 faiz artıb.

Administrasiya ABŞ dolları indeksinin yanvar ayında düşdüyünü, qlobal maliyyə aktivlərinin qiymətlərinin isə ümumiyyətlə yüksəldiyini və valyuta ehtiyatlarındakı artımın svop əməliyyatlarının və aktiv qiymətlərindəki dəyişikliklərin birgə təsirindən qaynaqlandığını bildirib.