Azərbaycan Almaniyaya investisiyalarını 3 dəfəyədək artırıb | Banco.az

Azərbaycan Almaniyaya investisiyalarını 3 dəfəyədək artırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ildə Azərbaycan Almaniya iqtisadiyyatına 61 milyon 733 min ABŞ dolları investisiya yatırıb.

Banco.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 38 milyon 798 min ABŞ dollar və ya 2,7 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycanın Almaniya iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 2,4% təşkil edib. Bu ölkə Azərbaycanın ən çox investisiya yatırdığı 4-cü ölkə olub.

Eyni dövrdə Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların məbləği 2 milyard 528 milyon 104 min dollara bərabər olub. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram