Çinin Süni İntellekt "asılılığı" | Banco.az

Çinin Süni İntellekt "asılılığı"

Tamara Mustafayeva, Banco.az

Çinin data texnologiyası üzrə ixtisaslaşan Tianyancha şirkətinin açıqladığı göstəricilərə görə, ölkə miqyasında süni intellekt sahəsi üzrə fəaliyyət göstərmək məqsədilə yaradılan şirkətlərin sayında əsaslı artım müşahidə olunub.

Banco.az xarici mətbuata istinadla bildirir ki, ötən cümə axşamı etibarilə təkcə bu il ərzində süni intellekt sahəsi ilə əlaqəli yaradılan şirkət sayı ötən ilin eyni dövrü ilə müqayisədə 45.27% artaraq 210 minə çatıb. Bu isə ölkədə 1 gündə 913 belə şirkətin yaradılması deməkdir.

Çinin süni intellekt şirkətlərinin hazırki səviyyəsi və bu sahənin inkişafı üzrə proqnozlar göstərir ki, ölkənin süni intellekt bazarının həcmi 2024-cü ildə 12.75 milyard dollara çatacaq.

Onu da xatırladaq ki, hazırda Çində texnologiya əsaslı fəaliyyət göstərən 950 min şirkət mövcuddur.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Süni İntellekt texnologiyası üzrə aparıcı ÖLKƏLƏR

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et