Çinin quraşdırılmış elektrik enerjisi gücü 3 min giqavattı keçib | Banco.az

Çinin quraşdırılmış elektrik enerjisi gücü 3 min giqavattı keçib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Aprel ayının sonuna olan məlumata görə, Çinin quraşdırılmış elektrik gücü 3 min giqavattı ötüb.

Banco.az xəbər verir ki, Çin Elektrik Şurasının məlumatlarına görə, ölkənin elektrik enerjisi gücü 2011-ci ildə 1000 giqavattı, 2019-cu ildə isə 2000 giqavattı ötüb.

Bu ilin aprel ayının sonundan etibarən isə elektrik enerjisində quraşdırılmış güc 3 min 9 giqavatta çatıb.

Qeyd edilənə görə, sözügedən ümumi quraşdırılmış gücün 1398 giqavattı istilik elektrik stansiyalarından, 671 giqavatti günəş elektrik stansiyalarından (GES), 458 giqavattı külək elektrik stansiyalarından (KES), 425 giqavattı su elektrik stansiyalarından və təxminən 57 giqavattı isə atom elektrik stansiyalarından ibarətdir.

GES və KES-lər ümumi gücdə 35 faizdən çox paya malikdir. Məlumdur ki, bərpa olunan enerji sahəsində imkanlarını sürətlə artıran Çin hökuməti dünyanın 200-dən çox ölkəsinə külək və günəş enerjisi avadanlıqları ixrac edir. Çinin 2023-cü il ixracatında günəş enerjisi texnologiyalarının payı 245,3 milyard dollar, külək enerjisi texnologiyalarının payı isə 33,4 milyard dollar olaraq hesablanıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et