Çinin qarışıq iqtisadi göstəriciləri bərpa narahatlıqlarını artırır | Banco.az

Çinin qarışıq iqtisadi göstəriciləri bərpa narahatlıqlarını artırır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çinin iqtisadi bərpası qeyri-sabit olaraq qalır.

Banco.az xəbər verir ki, dünyanın ikinci böyük iqtisadiyyatı olan Çindəki son məlumatlar istehsalatda daralmaya işarə etsə də, bununla yanaşı, istirahət günlərində istehlakçıların həddindən artıq xərcləmə etdiklərini və mənzil bazarının da canlanmaqda olduğunu göstərir.

Belə ki, bazar günü açıqlanan satınalma menecerləri indeksləri Çin ixracatına qlobal tələbatın zəifləməsi nəticəsində aprel ayında zavodların fəaliyyətinin gözlənilmədən azaldığını ortaya qoyub. Bu minvalda isə çinli istehlakçılar səyahət və alış-verişə pul xərcləməyə davam ediblər.

Məlumatlar göstərir ki, iqtisadiyyatın istehsal tərəfi istehlakın bərpasından geri qaldığı üçün Çinin ümumi bərpası hələ də qeyri-sabit xarakter daşıyır. Bu da Çin liderlərinin cümə günkü görüşdə qeyd etdikləri ehtiyatlı böyümə perspektivini və daha çox siyasət stimullaşdırılması seçimini əsaslandırır.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, cümə günü baş tutan iclasda qanunverici hökumət iqtisadi strategiyasını dəyişməz saxlamışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et