Çinin ötən ay ixracı proqnozları üstələyib | Banco.az

Çinin ötən ay ixracı proqnozları üstələyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çinin noyabr ayı üzrə ixracı proqnozları üstələyib.

Banco.az xəbər verir ki, ötən ay Çinin ixracatı illik 0,5 faiz artıb ki, oktyabrda 6,4 faiz azalma qeydə alınmışdı.

Həmçinin bildirilir ki, iqtisadçılar bu dövrdə 1,1 faiz azalma gözləyirdilər.

Bununla belə, dünyanın ikinci ən böyük iqtisadiyyatının idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz azalıb ki, oktyabrda 3,0 faiz artım müşahidə olunmuşdu. Bu göstərici üzrə proqnoz 3,3 faiz artım istiqamətində idi.

Odur ki, Çinin ticarət balansı oktyabrdakı 56,53 milyard dollardan noyabrda 68,39 milyard dollara yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et