Çinin ixracında Apreldə gözlənilməz azalma | Banco.az

Çinin ixracında Apreldə gözlənilməz azalma

Çinin ixracı Aprel ayında gözlənilməz bir şəkildə azalıb, idxalı isə artıb.

Çin Gömrük İdarəsinin açıqladığı rəqəmlərə görə, ixrac Aprel ayında ötən ilin eyni dövrü ilə müqayisədə 2.7 faiz düşüb və idxal 4 faiz artıb. Bunun nəticəsində xarici ticarət artığı (profisiti) 13.84 milyard dollar səviyyəsində olub.

İqtisadçıların proqnozlarına görə, ixracın 3 faiz artması və idxalın 2.1 faiz düşməsi gözlənilirdi.

Ən sərfəli kredit üçün müraciət et

İqtisadçılar bildirirlər ki, azalan ixrac qlobal iqtisadiyyatın hələ də yaxşılaşmadığını göstərir. İdxalın artması isə Çində daxili tələbatın artması ilə bağlıdır. 

ABŞ ilə ticarət müharibəsi və qeyri-müəyyənliklər Çinin ticarəti üzərində təzyiq yaratmağa davam edəcək.

Çinin ABŞ-a qarşı xarici ticarət artığı 2019-cu ilin ilk dörd ayında ötən ilin eyni dövrünə nisbətən 10.5 faiz artaraq 84 milyard dollara qalxıb.  

Marja