Çinin ixracı və idxalı azalmaqda davam edir | Banco.az

Çinin ixracı və idxalı azalmaqda davam edir

Müəllif: Gülnar Əhmədli, Banco.az

Çinin ixrac və idxalında növbəti dəfə azalma qeyd alınıb.

Banco.az xəbər verir ki, Çin Gömrük İdarəsinin məlumatlarına görə, Çinin sentyabr ayında idxalı və ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 6,2% azalıb.

Bununla ölkənin ixracı 299,1 milyard dollar, idxalı isə 221,4 milyard dollar təşkil edib.

İqtisadçılar ixracın 7,6%, idxalın isə 6% azalacağını gözləyirdilər.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, sentyabrda Çinin xarici ticarət profisiti isə 77,7 milyard dollar olub. Bu göstərici avqustda 68,4 milyard dollar olaraq qeydə alınmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et