Çinin ixracı mart ayında gözləniləndən az geriləyib | Banco.az

Çinin ixracı mart ayında gözləniləndən az geriləyib

Çinin Mart ayında idxalı və ixracı gözləniləndən daha az düşüb.

Çin Gömrük İdarəsi tərəfindən açıqlanan məlumatlara görə, Mart ayında dollar ilə ifadədə Çinin idxalı keçən ilin eyni dövrü ilə müqayisədə 0.9% geriləyib. 30 iqtisadçının orta proqnozu 9.8% geriləmə olacağı istiqamətində idi. Beləcə idxalda azalma proqnozdan az reallaşıb. 

Ölkənin dollarda ifadə olunan ixracı keçən ilin eyni dövrü ilə müqayisədə 6.6% azalıb. Proqnoz 13.9% azalma olacağı istiqamətində idi. 

Çinin Mart ayında ticarət profisiti 20 milyard dollarlıq proqnoza yaxın səviyyədə - 19.9 milyard dollar səviyyəsində reallaşıb.  

Ən sərfəli kredit üçün müraciət et

Çinin yuanda ifadə olunan idxalı Mart ayında keçən ilin eyni dövrü ilə müqayisədə 2.4% artıb. Proqnoz 7% azalma olacağı istiqamətində idi. Yuanda ifadə olunan ixrac isə 12.8% azalması gözlənilərkən 3.5% düşüb.

Mart ayında ölkənin xarici ticarət profisiti 158.5 milyard yuanlıq proqnoza qarşı 139.4 milyard yuan səviyyəsində reallaşıb. 

Çinin yanvar-mart ayı ticarət artıqlığı isə 98.3 milyard yuan olub. 

marja

Ən sərfəli krediti almaq üçün müraciət et