Çinin istehsal sektorunda aktivlik artıb | Banco.az

Çinin istehsal sektorunda aktivlik artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çinin istehsal sektorunda aktivlik proqnozlara uyğun reallaşıb.

Banco.az xəbər verir ki, Çinin istehsal fəaliyyəti yanvar ayında ardıcıl dördüncü aydır ki, azalıb.

İstehsal Sektoru Satınalma Menecerləri İndeksi (PMI) dekabrdakı 49,0 puntdan yanvarda 49,2 punkta yüksəlib. İqtisadçılar da məhz bu istiqamətdə proqnoz vermişdilər.

Bununla belə, aktivlik 50 puntluk səviyyədən aşağı olduğu üçün daralma zonasında qalıb.

Çərşənbə günü Milli Statistika İdarəsinin (NBS) açıqladığı məlumatlara görə, qeyri-istehsal sektorunun rəsmi icraçı indeksi yanvarda 50,4 punktdan 50,7 punkta yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, ölkənin xidmət sektorunun gücləndirilməsi daşınmaz əmlakın tənəzzülü şəraitində tikinti sektorundakı zəifliyi kompensasiya etməyə kömək edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et