Müəllif: Tamara Mustafayeva, Banco.az
Çinin istehsal sektoru ötən ay da daralmağa davam edib.
Banco.az xəbər verir ki, Çin Milli Statistika Bürosunun (UIB) məlumatlarına görə, ölkənin istehsal sənayesi Satınalma Menecerləri İndeksi (PMI) iyun ayında 49,5 punktla may ayındakı səviyyəni saxlayıb.
İndeks may ayında 50 punktdan aşağı düşərək 2 aylıq fasilədən sonra yenidən daralma tendensiyasına daxil olmuşdu.
Sözügedən bərpa prosesinin hələ də kövrək olduğunu göstərir, daxili və xarici tələbatda durğunluğun davam etdiyi müşahidə edilir.
İstehsal PMI daxilində yeni sifarişlər alt indeksi iyun ayında 49,6 punktdan 49,5 punkta geriləyib, yeni ixrac sifarişləri alt indeksi isə 48,3 səviyyəsində sabit qalıb.
İstehsal alt indeksi də 50,8-dən 50,6-ya düşsə də, artım həddinin üzərində qalıb.
Bizi sosial şəbəkələrdən izləyin!!