Müəllif: Tamara Mustafayeva, Banco.az
Rəsmi məlumatlara görə, Çində istehsal sektoru ardıcıl beşinci ayı da daralma ilə başa vurub.
Banco.az xəbər verir ki, Çin Milli Statistika Bürosunun məlumatları göstərir ki, istehsal PMI yanvar ayındakı 49,2 punktdan fevralda 49,1 punkta düşüb.
Göstəricilər ekspertlərin proqnozları ilə uyğunluq təşkil edir.
Bununla belə, Caixin/S&P Qlobal istehsal PMI fevral ayında əvvəlki aydakı 50,8 punktdan 50,9 punkta yüksəlib.
Qeyd edək ki, PMI məlumatlarında 50-dən yuxarı göstərici artımını, aşağı göstərici isə daralmanı göstərir.
Bizi sosial şəbəkələrdən izləyin!!