Çinin iqtisadi artımı proqnozları üstələyib | Banco.az

Çinin iqtisadi artımı proqnozları üstələyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin iqtisadiyyatı üçüncü rübdə ötən ilin eyni dövrü ilə müqayisədə gözləniləndən daha sürətli böyüyüb.

Banco.az xəbər verir ki, Çin Milli Statistika Bürosunun açıqladığı məlumatlara görə, ümumi daxili məhsul iyul-sentyabr dövründə ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz artıb. 

İqtisadçılar artımın ikinci rübdə 6,3 faizdən üçüncü rübdə 4,4 faizə enəcəyini gözləyirdilər.

Üçüncü rübdə ÜDM əvvəlki rüblə müqayisədə isə 1,3 faiz artıb. Proqnozlar artımın 1.0 faiz səviyyəsində qalacağı istiqamətində idi. 

Qeyd edək ki, hökumət 2023-cü il üçün artım hədəfini təxminən 5,0 faiz olaraq təyin etmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram