Çinin həm ixracı, həm də idxalı azalıb | Banco.az

Çinin həm ixracı, həm də idxalı azalıb

Bu ilin oktyabr ayında Çinin ixracı illik müqayisədə 7,3% azalaraq 178,2 mlrd. ABŞ dolları, idxalı isə son 1 ildə 1,4% azalaraq 129,1 mlrd. dollar təşkil edib. Rusiya mətbuatı xəbər verir ki, bu barədə Çinin Baş Gömrük İdarəsindən məlumat verilib. 

Qeyd edək ki, "Reuters" agentliyi tərəfindən keçirilən sorğuda analitiklər ixracın oktyabr ayında 6%, idxalın isə 1% azalacağını proqnozlaşdırmışdılar. Sentyabr ayında Çinin ixracı illik müqayisədə 10%, idxalı isə 1,9% azalıb.

Nəticədə xarici ticarət balansının müsbət saldosu 49,6 mlrd. dollar təşkil edib. Xarici ticarətin həcmi isə illik müqayisədə 4,9% azalaraq 307,3 mlrd. dollar olub. Qeyd edək ki, 2015-ci ildə Çinin xarici ticarətinin müsbət saldosu 594,5 mlrd. dollar təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

"Report"un analitik qrupu hesab edir ki, Çinin xarici ticarətinin zəifləməsi müəyyən qədər daxili tələbin artırılması ilə balanslaşdırılsa da, bu ölkədə iqtisadi aktivlik azalmaqda davam edəcək. Daxili tələbin artırılmasına öz növbəsində ciddi fəsadlar yaratmağa başlayıb. Daxili bazarı canlandırmağa çalışan hökümət kreditləşməni artıraraq daşınmaz əmlak bazarında qiymətlərin kəskin artmasına səbəb olub. Bu prosesin hər an "partlama" nöqtəsinə çatması mümkündür. O zaman Çinin milli valyutası ciddi fəsadlarla üzləşə bilər ki, son nəticədə dünya iqtisadiyyatı böhrana sürüklənər. Çində iqtisadi problemlərin 2017-ci ildə yaranacağı ehtimal edilir.

Mənbə: Report.az

Bizi facebook səhifəmizdən də izləyin