Çinin avtomobil ixracı 47 faiz artdı | Banco.az

Çinin avtomobil ixracı 47 faiz artdı

Müəllif:Mehin Qasımova/Banco.az

Çinin avtomobil ixracı keçən illə müqayisədə  47,4 faiz artıb.

Banco.az xəbər verir ki, Çin Avtomobil İstehsalçıları Assosiasiyasının məlumatına görə, 2024-cü ilin yanvar ayında 443 min avtomobil ixrac edilib ki, bunun da 369 mini minik avtomobili  olub.

Rəqiblərindən qat-qat ucuz avtomobillər təqdim edən  Çin markaları digər istehsalçıların narahatlığına səbəb olub.

Ötən il 4,91 milyon avtomobil ixrac edən Çin Yaponiyanı geridə qoyaraq dünyanın ən böyük avtomobil ixracatçısı olub.

Elektrikli avtomobil istehsalı və ixracının artması ölkənin ümumi ixracının azaldığı bir ildə avtomobil sənayesində liderliyə yüksəlməsində təsirli olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et