Müəllif: Tamara Mustafayeva, Banco.az
Çində yeni evlərin qiymətləri 21 aydır ucuzlaşır.
Banco.az xəbər verir ki, Milli Statistika Bürosunun açıqladığı mənzil qiymət indeksi göstəricilərinə görə, 2025-ci ilin fevral ayında ölkədəki böyük və orta ölçülü 70 şəhərdə yeni mənzillərin qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 4,8%, ikinci əl mənzillərin qiymətləri isə 7,5% azalıb.
Yeni mənzil qiymətləri "birinci nəsil şəhərlər" kimi təsnif edilən Pekin, Şanxay, Quançjou və Şençjendə illik 3%, "ikinci nəsil" sayılan 31 iri şəhərdə 4,7% və "üçüncü nəsil" kimi müəyyən edilən 35 orta ölçülü şəhərdə isə 5,9% enib.
İkinci əl mənzil qiymətləri isə illik müqayisədə birinci nəsil şəhərlərdə 4,9%, ikinci nəsil şəhərlərdə 7,4% və üçüncü nəsil şəhərlərdə 8% aşağı düşüb.
Bizi sosial şəbəkələrdən izləyin!!