Çində qiymətlər kəskin artıb | Banco.az

Çində qiymətlər kəskin artıb

Çində qiymətlər (inflyasiya) koronavirus epidemiyası və yeni ilin təsiri ilə son 9 ilin ən sürətli yüksəlişini qeyd edib.

Milli Statistika Bürosu tərəfindən bazar ertəsi açıqlanan məlumatlara görə, istehlakçı qiymətləri indeksi, Yanvar ayında 2019-cu ilin eyni ayı ilə müqayisədə 5.4% artıb. İqtisadçıların proqnozu 4.9% artım olacağı istiqamətində idi. İndeks dekabr ayında isə 4.5% artım qeyd etmişdi.

Çində ən çox qida qiymətləri artıb.

Ən sərfəli kredit üçün müraciət et

Çin iqtisadiyyatı Yanvar ayında, koronavirus epidemiyası səbəbilə nəqliyyatda yaşanan axsamalar ilə tələb və təklif cəbhəsindəki çətinliklərdən ziyan görüb. İstehlakçı qiymət indeksindəki artımın, təməl olaraq Yeni ay ili və koronavirus epidemiyasından qaynaqlandığı bildrilib. 

marja

Ən sərfəli krediti almaq üçün müraciət et