Çində mənzil qiymətləri kəskin ucuzlaşıb | Banco.az

Çində mənzil qiymətləri kəskin ucuzlaşıb

Tamara Mustafayeva, Banco.az

Çində yeni mənzil qiymətləri avqust ayında da aşağı düşməyə davam edərək ötən 6 ilin ən böyük ucuzlaşmasına imza atıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Milli Statistika Bürosunun Çinin 70 böyük şəhərindən topladığı məlumatlara görə, avqust ayında yeni mənzillərin orta qiyməti keçən ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz ucuzlaşıb. İyulda qiymətlər 1,67% ucuzlaşmışdı.

Yeni mənzil qiymətlərinin keçən ilə nəzərən aşağı düşdüyü şəhərlərin sayı isə iyulda 22 idisə, avqustda 21 olub.

Yeni mənzillərin orta qiyməti əvvəlki ayla müqayisədə də ucuzlaşıb. Belə ki, ötən 12 ay ərzində geriləyən qiymətlər iyul ayı ilə müqayisədə avqustda 0,29% azalıb. İyulda isə əvvəlki ayla müqayisədə 0,11% azalma olmuşdu.

Şəhərlərə gəlincə isə, ötən ay 70 şəhərdən 19-da qiymətlər əvvəlki ayla müqayisədə ucuzlaşıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram