Çində istehsal sektorunun fəaliyyətində gözlənilməz daralma qeydə alınıb | Banco.az

Çində istehsal sektorunun fəaliyyətində gözlənilməz daralma qeydə alınıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Oktyabr ayında Çində istehsal sektorunun fəaliyyəti təəccüblü şəkildə daralıb.

Banco.az xəbər verir ki, Çin Milli Statistika Bürosunun məlumatlarına görə, ölkənin satınalma meneceri indeksi (PMI) iqtisadçıların 50,2 proqnozunun əksinə olaraq, 50,2 punktdan 49,5 punkta düşüb. 

Məlum olduğu kimi, PMI-nin 50-dən aşağı olması sektorda daralmanı göstərir.

Tikinti və xidmət sektorlarında fəaliyyətləri ölçən qeyri-istehsal PMI isə oktyabr ayında 51,7 punktdan 50,6 punkta düşüb. İqtisadçıların hesablamalarına görə, 52 punkt gözlənilirdi.

Qeyd edək ki, Çin hökuməti və mərkəzi bankı Pekinin illik 5 faizlik artım proqnozunu yerinə yetirmək üçün indiyədək artımı stimullaşdıracaq tədbirlər həyata keçiriblər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et