Çində istehsal olunan "Tesla" avtomobillərinin satışı artıb | Banco.az

Çində istehsal olunan "Tesla" avtomobillərinin satışı artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin istehsalı olan “Tesla” avtomobillərinin satışı fevral ayında 31 faiz artıb.

Banco.az xəbər verir ki, ABŞ-ın elektromobil istehsalçısı “Tesla” şirkətinin Çindəki istehsal zavodundan buraxılan avtomobillərin satışı qiymətlərin endirilməsi alıcıların marağına səbəb olduğundan ötən ay artım göstərib.

Çin Sərnişin Avtomobilləri Assosiasiyasının açıqladığı ilkin məlumatlara görə, “Tesla” keçən ay Şanxaydakı müəssisəsindən ümumilikdə 74 min 402 avtomobil satıb. Bununla da, əvvəlki ilin eyni dövrünə görə 31,65 faiz, əvvəlki aya görə isə 13 faiz artım qeydə alınıb. 

Ancaq “Tesla” Asiya və ya Avropanın digər hissələrinə ixrac etdiyi avtomobillərlə bağlı konkret hesabat təqdim etməyib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et