Çində istehlak inflyasiyası böyük sürətlə artıb | Banco.az

Çində istehlak inflyasiyası böyük sürətlə artıb

Tamara Mustafayeva, Banco.az

Çində istehlak inflyasiyası ərzaq qiymətlərindəki artıma görə ötən iki ilin ən sürətli artımını göstərsə də, bazar proqnozlarından geri qalıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Çin Milli Statistika Bürosu cümə günü bildirib ki, donuz əti qiymətlərinin bahalaşması ilə ölkədə istehlak qiymətləri iki ildən çox müddətdə qeydə alınan ən sürətli templə artıb. 

Qeyd edək ki, Çinin əsas qidası olan donuz əti ölkənin rəsmi istehlak qiymətləri indeksində əhəmiyyətli rola malikdir.

Sentyabr ayında istehlak qiymətləri əvvəlki ilin eyni ayına görə 2,8 faiz artım göstərib. Analitiklər isə avqustda 2,5 faiz olan artımın 2,9 faizə yüksələcəyini proqnozlaşdırmışdılar.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, bu, 2020-ci ilin aprel ayındakı 3,3 faizlik illik artımdan bəri ən sürətli tempdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et