Çində inflyasiya 2 ilin ən aşağı səviyyəsinə enib | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Çində inflyasiya 2 ilin ən aşağı səviyyəsinə enib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çində istehlak inflyasiyası ötən ay son iki ilin ən aşağı səviyyəsinə çatıb.

Banco.az xəbər verir ki, Çin Milli Statistika Bürosunun məlumatına görə, ölkədə istehlak qiymətləri aprel ayı ərzində ötən ilin eyni ayına nəzərən cəmi 0,1 faiz artım göstərib. 

Bu, 2021-ci ilin fevralından bəri qeydə alınan ən aşağı inflyasiya göstəricisidir. Mart ayında qiymətlər illik 0,7 faiz artmışdı.

İstehsalçı qiymətləri isə sözügedən dövrdə əvvəlki aya görə 0,5 faiz, istehlakçı qiymətləri də 0,1 faiz azalıb.

Ekspertlər aprel ayında qiymətlərin illik 0,4 faiz artacağını gözləyirdilər.

Xatırladaq ki, Çin yuanı dollara qarşı 0,04 faiz ucuzlaşaraq 6,9428 səviyyəsinə enib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram