Çində elektrik enerjisi istehlakı 3,9 faiz artıb | Banco.az

Çində elektrik enerjisi istehlakı 3,9 faiz artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çində elektrik enerjisi istehlakı ötən ay 3,9 faiz artıb.

Banco.az xəbər verir ki, Çin Milli Enerji Administrasiyasının məlumatına görə, 2023-cü ilin avqust ayında ölkə üzrə elektrik enerjisi istehlakı 3,9 faiz artaraq 886,1 milyard kilovat/saata çatıb.

Artımda sənaye istehlakında güclü sürətlənmənin təsirli olduğu qeyd edilib.

Elektrik enerjisi istehlakı kənd təsərrüfatı, meşə təsərrüfatı və mədənçıxarma kimi xammal istehsal edən əsas fəaliyyət sahələrində 8,5 faiz, emal sektoru da daxil olmaqla ikinci dərəcəli fəaliyyət sahələrində 7,6 faiz, xidmətlər sektorunu əhatə edən üçüncü fəaliyyət sahələrində isə 6,6 faiz artıb.

Məişətdə elektrik enerjisi istehlakı isə avqust ayında ötən illə müqayisədə 9,9 faiz azalıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram